Ana Sayfa > Karusel / Hadisə > Müxbir Gülənə dəstək verən şoumenin üzünə tüpürdü və... – ŞOK VİDEO

Müxbir Gülənə dəstək verən şoumenin üzünə tüpürdü və... – ŞOK VİDEO


3-08-2016, 17:00. Yazar: Xeberaz
Müxbir Gülənə dəstək verən şoumenin üzünə tüpürdü və... – ŞOK VİDEO

Türkiyədə 15 iyul dövlət çevrilişindən sonra Fətullah Gülənə dəstək verdiyi deyilən komediya ustası Atalay Dəmirçi görünməmiş etirazla qarşılaşıb.

"Xəbəraz.az " xəbər verir ki, A.Dəmirçinin 15 iyul hadisələrindən sonra Ankarada demokratiya mitinqlərinə qatılmasına baxmayaraq, FETÖ-çü Enes Kanter və Hakan Şükürə yazaraq, F.Gülən haqda “Qurban olaram mən ona” dediyi ortaya çıxıb.

A.Dəmirçidən müsahibə alan “Beyaz TV”-nin müxbiri Levent Kelleci isə ona etiraz olaraq, üzünə tüpürüb.

L.Kelleci əvvəlcə çəkilişi dayandırır və Dəmirçiyə belə deyir:

“Müxbirlik çətin peşədir. Mən sizin doğru dediyinizə inanmıram. Kızılayda mitinqə çıxıb danışdınız. Sonra da Enes Kanterlə danışaraq, “qurban olaram mən ona” dediniz. Məncə siz onların itisiniz. Bu, mənim şəxsi fikrimdir. O qədər insan öldü, siz isə “qurban olaram” deyirsiniz”.

O, daha sonra şoumenin üzünə tüpürərək A.Dəmirçidən müsahibə almaqdan imtina edib.

[media=http://https://youtu.be/RdaTt3h7oao]
Geri dön