Ana Sayfa > Karusel / Şou-Biznes > Emin Ağalarov sarışın gözəllə Bakını gəzdi - VİDEO

Emin Ağalarov sarışın gözəllə Bakını gəzdi - VİDEO


2-08-2016, 11:18. Yazar: Xeberaz
Emin Ağalarov sarışın gözəllə Bakını gəzdi - VİDEO

Emin Ağalarov "Сбежим в Баку" adlı yeni klipini təqdim edib.

"Xəbəraz.az " Publika.aza istinadən xəbər verir ki, müğənninin yeni klipində yeni klipində rusiyalı model Aleksandra Bortiç çəkilib. Klipin süjeti mahnının sözləri ilə tam uzlaşır. İfaçı mahnının sözlərində deyildiyi kimi sarışın gözəllə Bakını gəzib, onu şəhərin görməli yerləri ilə tanış edir.

Emin Ağalarov açıqlamasında bildirib ki, doğma şəhərini çox sevir: “ Klip dinamik və oynaq alınıb. Həm də on səkkiz yaşımda aldığım köhnə və sevdiyim qırmızı kabrioletimi doyunca sürə bildim. Təsəvvür edirsiniz, o, indiyədək yaxşı işləyir”.

Klipdə Emin Ağalarovun tərəf müqabilini rolunda çəkilmiş Bortiç də təəssüratlarını bölüşüb: “Bu, Azərbaycana ilk gəlişimdir və əminəm ki, yenə gələcəyəm. Bakı şəhəri inanılmaz dərəcədə gözəl, möhtəşəmdir. Mahnı şəhərin ruhunu əla əks etdirir! Romantika bu klipdə ikinci plana keçir. Əsas şəhərə olan sevgi göstərilib. Ən yaxşı kadrlar isə kabrioletdə çəkilənlərdir.


Geri dön