Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakıda 88 yaşlı qadını küçəyə atdılar – FOTO

Bakıda 88 yaşlı qadını küçəyə atdılar – FOTO


15-03-2015, 15:32. Yazar: Xeberaz
Bakıda 88 yaşlı qadını küçəyə atdılar – FOTO
O, bütün gecəni soyuq beton üzərində yatıb.

Bakıda küçədən yaşlı qadın tapılıb.

Xeberaz.az xəbər verir ki, bu barədə məlumatı Disput.az sosial şəbəkəsinin istifadəçiləri yayıblar.

Bildirilir ki, 88 yaşlı qadının adı Mariyadır.

“Şahidlərin sözlərinə görə, gecə hansısa bir maşın gəlib və bu nənəni küçəyə atıb. O, bütün gecəni beton üzərində yatıb. Nənə danışa bilmir, o, laldır. Təcili lal-karların jestlərini anlayan insan lazımdır. Qadın fikrini ifadə edə bilmir, çox pis və anlaşıqsız yazır”, - deyə, məlumatda bildirilir.

Hazırda könüllülər qadını evlərinə aparıblar və onun yaxınları, qohumlarının axtarışını davam etdirirlər. Əlaqə nömrəsi (+99450) 480-33-22 və (+99450) 212-99-54.



Geri dön