Ana Sayfa > Karusel / İdman / Foto-fakt / Təbriklər > Cüdoçularımız ilk gün 4 medal qazandı- Foto

Cüdoçularımız ilk gün 4 medal qazandı- Foto


31-07-2016, 02:09. Yazar: Xeberaz
Cüdoçularımız ilk gün 4 medal qazandı- Foto
Almaniyanın paytaxtı Berlin şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib.

Azərbaycan Cüdo Federasiyasından Axar.az-a verilən məlumata görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Gənc cüdoçularımız millimizin aktivinə 4 medal yazdırıb.

Təmsilçilərimizdən Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş, Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi 55 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, 38 ölkədən 524 idmançının (298 oğlan, 226 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (15 kişi, 1 qadın) ilə təmsil olunur.
Geri dön