Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bərdədə maşın su kanalına düşüb, üç nəfər ölüb

Bərdədə maşın su kanalına düşüb, üç nəfər ölüb


31-07-2016, 02:05. Yazar: Xeberaz
Bərdədə maşın su kanalına düşüb, üç nəfər ölüb

Bərdədə 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qılınclı kəndi ərazisində baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Bərdə rayon Hızırıı kənd sakini 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlunun idarə etdiyi “99 HM 703” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil su kanalına düşüb.

Nəticədə, sürücünün özü və sərnişinləri – 1984-cü il təvəllüdlü Yusifli Bəxtiyar Ədalət oğlu və 1952-ci il təvəllüdlü Məmmədov Dilgəm Məhəmməd oğlu hadisə yerində ölüb.

Sərnişinlərdən Hüseynov Sahib Adil oğlu müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri dön