Ana Sayfa > Karusel / İdman / Foto-fakt > İdmançımız Çində 2-ci oldu - Foto

İdmançımız Çində 2-ci oldu - Foto


31-07-2016, 01:54. Yazar: Xeberaz
İdmançımız Çində 2-ci oldu - Foto

Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının ikinci kateqoriyalı “Tour of Qinghai Lake” yürüşü yekunlaşıb.

Axar.az xəbər verir ki, 13 mərhələdən ibarət mötəbər yarışın mükafatçıları arasında Azərbaycanın “Synergy Baku” kontinental komandasının təmsilçisi də yer alıb.

Yarışın dördüncü və on ikinci mərhələlərində ikinci olan və son mərhələ öncəsi ümumi təsnifatda ikinci yerdə qərarlaşan komandamızın üzvü Matey Müqerli 95 km-lik son mərhələdən sonra mövqeyini qorumağı bacarıb. Bununla o, yarışın qalibi, Ukraynanın “Kolss” komandasının üzvü Sergey Laqkutiyə 37 saniyə uduzmaqla ümumi təsnifatda turnirin ikincisi olub. Bu uğurla təmsilçimiz aktivinə 150 UCİ xalı yazıb.
Geri dön