Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Cəlilabadda yol tikintisinə 1,9 milyon manat ayrıldı

Cəlilabadda yol tikintisinə 1,9 milyon manat ayrıldı


30-07-2016, 19:00. Yazar: Xeberaz
Cəlilabadda yol tikintisinə 1,9 milyon manat ayrıldı
Prezident İlham Əliyev iyulun 30-da “Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
-"Xəbəraz.az "ın AzərTAc-a istiandən verdiyi məlumata görə, iyirmi üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,9 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Geri dön