Ana Sayfa > Karusel / Təhsil > 1 sualı səhv yazıb, 692 bal toplayan qızın ürəkdağlayan hekayəsi - FOTO

1 sualı səhv yazıb, 692 bal toplayan qızın ürəkdağlayan hekayəsi - FOTO


30-07-2016, 12:09. Yazar: Xeberaz
1 sualı səhv yazıb, 692 bal toplayan qızın ürəkdağlayan hekayəsi - FOTO

Bakıda 692 bal toplayan abituriyentin həyatı sosial şəbəkələrdə böyük marağa səbəb olub.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə məlumatı jurnalist Məğrur Əli Polad paylaşıb.

O qeyd edib ki, Ağdamdan məcburi köçkün olan Aynur Babayevanın ailəsi Binəqədi rayonunda köhnə bir zavodun həyətində məskunlaşıb:

"Ata-anası işləmir, maddi cəhətdən çox imkansızdırlar. Dərslərini yaxşı oxuduğu üçün təhsil aldığı Binəqədi rayonu 314 nömrəli orta məktəbdəki müəllimləri Asif Salmanov (“Azərbaycan dili - Ədəbiyyat ), Ramal Əliyev (tarix), Maral Rzayeva (riyaziyyat) və Ruslan Nuriyev (ingilis dili) sözü bir yerə qoyaraq, onu təmənnasız şəkildə qəbul imtahanına hazırlaşdırıblar. Aynur da cəmi 1 suala səhv cavab verərək, topladığı 692 balı müəllimlərinə hədiyyə edib".
Geri dön