Ana Sayfa > Karusel / Hadisə / M2 > PKK terrorçularının növbəti hücumu: 1 yaralı

PKK terrorçularının növbəti hücumu: 1 yaralı


30-07-2016, 10:15. Yazar: Xeberaz
PKK terrorçularının növbəti hücumu: 1 yaralı
PKK terrorçuları Türkiyənin Bitlis vilayətində jandarma məntəqəsinə hücum edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, asayiş keşikçiləri Bitlis-Diyarbakır yolunda yerləşən məntəqəni iriçaplı silahlardan atəşə tutub.

Terrorçularla yaranan atışma zamanı 1 polis əməkdaşı yaralanıb. Xəstəxanaya çatdırılan yaralının həyatına təhlükə olmadığı bildirilir. Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır.
Geri dön