Ana Sayfa > Karusel / Dünya / M2 > İstanbulda 17 jurnalist həbs edildi

İstanbulda 17 jurnalist həbs edildi


30-07-2016, 09:59. Yazar: Xeberaz
İstanbulda 17 jurnalist həbs edildi
İstanbul məhkəməsi prokurorluğun iddiasına baxaraq Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 17 jurnalist barəsində həbs qətimkan tədbiri seçib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, jurnalistlərdən 4-ü sərbəst buraxılıb.

Həbs olunananlar arasında bir neçə gün əvvəl saxlanılan məşhir jiurnalist Nazlı Ilıcakın da adı var.

Qeyd edək ki, "Fətullahçı Terror Təşkilatı"nın hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində aralarında Nazlı İlıcakın da olduğu 42 jurnalistin saxlanılması barədə qərar verilmişdi. Bu günlərdə həmçinin Türkiyədə 3 informasiya agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet və 15 jurnal bağlanıb.
Geri dön