Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Pendir yedi, əlil oldu - VİDEO

Pendir yedi, əlil oldu - VİDEO


30-07-2016, 09:37. Yazar: Xeberaz
Pendir yedi, əlil oldu - VİDEO
"Həyatım səhvi o pendiri yemək oldu. İndi dəhşətli ağrılar içindəyəm".

İngiltərənin Mersisayd qraflığındakı Sauzport şəhərinin sakini, 22 yaşlı Sem Filippot Yunanıstanda turist səfərində olarkən restoranlardan birində keçi pendiri yeyib.

"Xəbəraz.az " xəbər verir ki, 2013-cü ildə ailəsi ilə birlikdə Kos adasında olarkən pasterizə edilməmiş keçi pendirindən çoxlu yeyən Sem evə qayıdandan sonra ağrılar hiss etməyə başlayıb.
Onda başağrıarı, miqren, sürəkli qusma, başgicəllənmə, titrəmə, qızdırma, halsızlıq, hərəkətsiz qalma, yorğunluq fasiləsiz simptomlara çevrilib.

Vəziyyəti getdikcə pislənən Sem yatağa düşüb. Son üç ildə onun vəziyyəti yaxılaşmayıb.
Sem indi zorla yeriyir və bu səbəbdən əlil arabasına məhkumdur. Üstəlik, yaddaşsızlıq, yuxusuzluq, danışmaqda çətinlik çəkmək kimi fəsadlar da yaranıb.

"Üç il əvvəl Kosda olanda oradakı keçi pendiri o qədər bəyəndimki, pissaya, sendviçlərə, salata qatıb elə hey yeyirdim. Bu qədər ləzzətli pendirin həyatımı cəhənnəmə döndərəcəyini nə biləydim ki?! Sən demə, yediyim hər loxmada bakteriya varmış", - Sem söyləyib.
Həkimlərin dediklərinə görə, Sem brüsseloza yoluxub.
Semin ailəsi onu müalicə üçün ABŞ-a aparmağa hazırlaşır./milli.az/

Geri dön