Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Putinin Bakı səfərinin şok detalları

Putinin Bakı səfərinin şok detalları


29-07-2016, 12:22. Yazar: Xeberaz
Putinin Bakı səfərinin şok detalları

Avqustun 8-də Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü olacaq.

Avqustun 9-da isə Vladimir Putin Sankt-Peterburqda Ərdoğanla görüşəcək.

"Xəbəraz.az " Publika.aza istinadən xəbər verir ki, “Lragir” saytı Putinin Bakıda Dağlıq Qarabağ münaqişəsini, həmçinin, Serj Sarkisyanın gələcək taleyini həll edəcəyini yazıb.

“Putin Serj Sarkisyan olmadan İran və Türkiyə ilə razılaşacaq”, - deyə qeyd edən sayt yazır ki, avqustun əvvəlində Azərbaycan və Ermənistan prezidentinin Rusiyanın təşəbbüsü ilə görüşəcəyi gözlənilirdi: “Lakin bunun vaxtı hələlik dəqiq deyil. Fərz etmək olar ki, prezidentlərin görüşü Bakıda və Sankt-Peterburqdakı görüşlərdən asılıdır”.

Məqalədə erməni jurnalist Putinin Bakı və Sankt-Peterburqda nəzərdə tutulan görüşlərinin iki informasiya fonunda diqqət çəkdiyini qeyd edib.

“Birincisi, Türkiyə xarici işlər naziri Çavuşoğlunun Bakı ilə erməni-türk sərhədlərinin açılması məsələsini müzakirə etdiklərinə dair açıqlamasıdır. İkincisi isə İranın Gürcüstana Ermənistan vasitəsilə qaz ötürməklə bağlı razılıq əldə olunmasıdır. Bu iki hadisə bir-biri ilə əlaqəlidir və görünür, regionda İran və Türkiyə, həmçinin, Rusiya və Qərb arasında rəqabət güclənir. Mümkündür ki, Puitn-Ruhani görüşündə Rusiya qazının Ermənistan üzərindən getməsi ilə bağlı razılıqla olsun. Hətta Azərbaycan-Ermənistan sərhədinin açılması ehtimalı da var. Hansı ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Əgər bu ehtimallar varsa, o zaman Rusiya yaxın dövrdə münaqişənin həllinə nail olacaq”, - deyə məqalədə bildirilir.

Sayt Rusiyanın bütün bu məsələləri Ermənistansız müzakirə etdiyini və İrəvana heç bir məlumat verilmədiyini diqqətə çatdırıb.
Geri dön