Ana Sayfa > Karusel / Dünya > Bu axşam İrəvan silkələnəcək - FOTOLAR

Bu axşam İrəvan silkələnəcək - FOTOLAR


29-07-2016, 10:13. Yazar: Xeberaz
Bu axşam İrəvan silkələnəcək - FOTOLAR

İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyasının üzvləri Prezident Administrasiyasına yürüş keçiriblər.

Publika.aza istinadən xəbər verir ki, yürüş-mitinqdə yüzlərlə etirazçı iştirak edib. Yürüşə etiraz aksiyalarının keçirilməsi üzrə Koordinasiya Şurası rəhbərlik edir.

İrəvanda yağış yağmasına baxmayaraq, aksiyaçılar etirazları davam etdirməyə qərar veriblər. Təqribən 40 dəqiqə yağan güclü yağış etirazçıları geri çəkindirməyib. Aksiya iştirakçıları İrəvanın mərkəzindəki Fransa meydanında da nəqliyyatın hərəkətini dayandırdırıblar.

Ermənistan parlamentinin müxalifətçi "İrs" partiyasından olan deputatı Armen Martirosyan isə nümayişçiləri iyulun 29-da saat 19:00-da Azadlıq meydanında toplanmağa çağırıb.
Geri dön