Ana Sayfa > Karusel / Siyasət > Rusiya Krıma ordu yeridir

Rusiya Krıma ordu yeridir


28-07-2016, 22:21. Yazar: Xeberaz
Rusiya Krıma ordu yeridir

Krım yarımadasına özü-özünü təmin edən ordu qüvvələri yerləşdirilib.

"Xəbəraz.az " xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu açıqlayıb.

“NATO-nun Şərqi Avropada mövqeyinin güclənməsi, Ukraynadakı qeyri-sabit vəziyyət ölkəmizin şərq sərhədlərinin strateji önəmini bir daha artırır. Bu səbəbdən biz təcili tədbirlər görmək məcburiyyətində qaldıq. 2013-cü ildən bəri Cənub Federal Dairəsində 4 diviziya, 9 briqada və 22 alay yerləşdirilib. Hərbçilərin sayı iki dəfə artırıldı. Sözügedən bölgə 4 mindən çox modern silahlarla təmin edilib”, - Şoyqu bildirib.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Krım yarımadası Cənub Federal Dairəsinə birləşdirilib.
Geri dön