Ana Sayfa > Karusel / Şou-Biznes > Azərbaycanlı stilist yeni sayt açır

Azərbaycanlı stilist yeni sayt açır


28-07-2016, 22:10. Yazar: Xeberaz
Azərbaycanlı stilist yeni sayt açır

“Mənim bütün yeniliklərim, ulduzlarımızın yeni imici, stili və fotosessiyalarım saytda yer alacaq”

Məşhur “İN STUDİO” gözəllik salonunun gənc istedadlı stilist və vizajist Qusik Simondan yeni xəbərlər var. Stilist yeni sayt açmağa hazırlaşır.

"Xəbəraz.az "-a danışan Qusik yeni saytı haqda məlumat verib: Bu yaxınlarda www.gusiksimon.com yeni saytımı sevənlərimə təqdim edəcəyəm. Saytda texniki işlər davam edir. Mənim bütün yeniliklərim, ulduzlarımızın yeni imici, stili və fotosessiyalarım saytda yer alacaq. Məni sevənlər ən son yenilikləri bu saytdan öyrənə bilərlər.
-Niyə görə son zamanlar mediadan uzaq gəzirsiz?
-Çünki, çox əfsuslar olsun ki, bəzi jurnalistlər doğru məlumat çatdıra bilmir. Fikirlərimi elə dəyişib verirlər ki, insanlar müsahibəni oxuduqdan sonra mənim haqda düşüncələri dəyişir. Oxuyuculara da haqq verirəm, onlar jurnalistə inanıb xəbərin doğru olduğuna inanırlar. Məndə qərara gəldim ki, bir az mediadan uzaq gəzim. Təbii ki, vicdanla, tərəfsiz və olduğu kimi müsahibəni yayımlayan jurnalstlərimiz də var. Ancaq bəzi şəxslər var ki, onlar qara siyahımdadı, müsahibə vermirəm.
Geri dön