Ana Sayfa > Karusel / Hadisə > Qadını aldadıb evə girdi, bıçaqlayıb qaçdı - BAKIDA

Qadını aldadıb evə girdi, bıçaqlayıb qaçdı - BAKIDA


28-07-2016, 13:52. Yazar: Xeberaz
Qadını aldadıb evə girdi, bıçaqlayıb qaçdı - BAKIDA

Bakıda quldurluq hadisəsi baş verib. "Xəbəraz.az " Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib oradan 110 manat pul aparıb.

İ.Hüseynovan xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Geri dön