Ana Sayfa > Karusel / Gündəm > Şirvandan olan deputat: "Şayiə yayıb, ictimaiyyəti çaşdırmağa çalışanlar var”

Şirvandan olan deputat: "Şayiə yayıb, ictimaiyyəti çaşdırmağa çalışanlar var”


28-07-2016, 10:46. Yazar: Xeberaz
Şirvandan olan deputat: "Şayiə yayıb, ictimaiyyəti çaşdırmağa çalışanlar var”

“Bu gün müdafiə sənayesi naziri Yavər Camalov ilə birgə Şirvanda nazirliyin zavodu ərazisində baş verən partlayış ərazisində olduq, hadisə zamanı xəsarət alan yaralılarla, dünyasını dəyişən 2 şəxsin ailələri ilə görüşdük. Şəhərdə heç bir ajiotaj yoxdur, hazırda tam sabitlikdir və hər kəs bunu bir qəza olduğunu deyir”. Bunu APA-ya açıqlamasında Milli Məclisə Şirvan şəhərindən seçilmiş deputatRəfael Cəbrayılov ötən gün şəhərdə Müdafiə Sənayesi Nazirliyinin zavodunda baş vermiş partlayışla bağlı son durumu şərh edərkən bildirib.

O qeyd edib ki, süni şəkildə yaralananların və ölənlərin sayını şişirdirlər ki, ictimaiyyəti qəsdən çaşdırsınlar: “Hadisə zamanı iki nəfər dünyasını dəyişib. Onlardan biri bizim qonşudur. Bu gün dəfndə iştirak etdik. Xəstəxanada 5 nəfər yaralı da var ki, onların da heç bir həyati təhlükəsi yoxdur".
Geri dön