Ana Sayfa > Karusel / Hadisə / M2 > 14 saylı “zon”dan qaçış cəhdi

14 saylı “zon”dan qaçış cəhdi


15-03-2015, 15:24. Yazar: Xeberaz
14 saylı “zon”dan qaçış cəhdi
O ərazini tərk edərək anbara girib və orada gizlənib.

Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan məhkumlardan biri oradan qaçmağa cəhd edib.

Xeberaz.az -ın musavat.com-a istinadən məlumatına görə, məhkum Cəzaçəkmə Müəssisəsinin ərazisini gizli yolla tərk etmək üçün anbara girib və orada gizlənib.

Yoxlama zamanı müəssisəsdə saxlanan məhkumlardan birinin olmadığını öyrənən nəzarətçilər təcili onun axtarışlarına başlayıblar.

Məhkum anbarda olan tikinti materiallarının altında aşkar edilib.

Bu hadisə ilə bağlı Penitensiar Xidmətlə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirdilər ki, onlarda belə bir məlumat yoxdur.
Geri dön