Ana Sayfa > Karusel / Hadisə > SON DƏQİQƏ: İnsanları girov götürən silahlılar öldürüldü - FOTO (YENİLƏNİB)

SON DƏQİQƏ: İnsanları girov götürən silahlılar öldürüldü - FOTO (YENİLƏNİB)


26-07-2016, 14:24. Yazar: Xeberaz
SON DƏQİQƏ: İnsanları girov götürən silahlılar öldürüldü - FOTO (YENİLƏNİB)

BFM TV-nin məlumatına görə, hücum edənlər öldürülüb.

"Xəbəraz.az " xəbər verir ki, girovlardan biri xəstəxanaya aparılıb. Onun öldüyü bildirilir. Digər girovların vəziyyəti haqqında məlumat verilməyib.

13:31
Bıçaqla silahlanan iki şəxs Fransanın şimalında yerləşən Sent-Etyen-dyu-Ruvre şəhərciyində yerləşən bir kilsədə insanları girov götürüb.

"Xəbəraz.az " xəbər verir ki, bu haqda polisdəki mənbəyə istinadən “Reuters” agentliyi bildirib.

İlkin məlumatlara görə, girovların sayı 4-dən 6-ya qədər ola bilər.

“Le Figaro” nəşri isə silahlıların əlində 5 girovun olduğunu yazıb. Nəşrin məlumatına görə, kilsədə çalışanlardan biri polisi çağırmağı bacarıb.

Hadisə yerinə operativ reaksiya gücləri göndərilib. Bildirilir ki, cinayətkarlar arxa qapı vasitəsilə kilsəyə giriblər.

Son məlumatlara görə, silahlılar zərərsizləşdirilib. Hadisənin təfərrüatları hələlik məlum deyil.
Geri dön