Ana Sayfa > Karusel / Hadisə > Bakının mərkəzində ağır qəza: ölən və yaralananlar var

Bakının mərkəzində ağır qəza: ölən və yaralananlar var


26-07-2016, 11:10. Yazar: Xeberaz
Bakının mərkəzində ağır qəza: ölən və yaralananlar var

Bu gecə Bakıda ağır yol qəzası baş verib. "Xəbəraz.az "-ın məlumatına görə, Xətai rayonu ərazisində, Babək prospektindən NZS qəsəbəsinə dönən ərazidə "Mercedes" markalı, 90 LB 230 dövlət qeydiyyat nişanlı minik avtomobili maneəyə çırpılıb. Sürətlə hərəkət edən avtomobilin qəzaya uğraması nəticəsində maşında olan şəxslərdən 27 yaşlı oğlan hadisə yerində vəfat edib. Daha 4 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan 3-ü kişi, biri isə 51 yaşlı qadındır.

Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Geri dön