Ana Sayfa > Karusel / Hadisə > Bakıda RƏZALƏT! Evini əxlaqsızlıq yuvasına çevirdi

Bakıda RƏZALƏT! Evini əxlaqsızlıq yuvasına çevirdi


25-07-2016, 15:21. Yazar: Xeberaz
Bakıda RƏZALƏT! Evini əxlaqsızlıq yuvasına çevirdi

Bakıda əxlaqsızlıq yuvası aşkar edilib.

"Xəbəraz.az " Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nurlan Qaraxanovun gəlir əldə etmək məqsədi ilə Q.Qarayev prospektindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Bundan başqa, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nərminə Məcidovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Hər iki faktla əlaqədar cinayət işi başlanılıb və araşdırma aparılır.
Geri dön