Ana Sayfa > Karusel / Siyasət > Putin Olimpiadadan imtina etdi
Putin Olimpiadadan imtina etdi25-07-2016, 15:18. Yazar: Xeberaz |
Rusiya prezidenti Vladimir Putin Rio-de-Janeyroda Olimpiadanın açılış mərasimində iştirak etməyi planlaşdırmır. "Xəbəraz.az " “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. Qeyd edək ki, iyulun 21-də İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Olimpiya Komitəsinin (ROK) və Beynəlxalq Yüngül Atletika Federasiyasının (IAAF) iddiasını rədd edib. Bununla da 68 rusiyalı idmançının Rio-de-Janeyroda keçiriləcək Olimpiadada iştirak etməyəcəyi dəqiqləşib. Ötən ilin noyabrında IAAF Ümumrusiya Yüngül Atletika Federasiyasını dopinq-qalmaqalına görə diskvalifikasiya etdiyi üçün rusiyalı idmançılar bütün beynəlxalq yarışlardan kənarlaşdırılmışdı. Geri dön |