Ana Sayfa > Karusel / Şou-Biznes > "Biz bir yerdə ola bilmərik, çünki..."- Röya Ayxan

"Biz bir yerdə ola bilmərik, çünki..."- Röya Ayxan


25-07-2016, 14:01. Yazar: Xeberaz
"Biz bir yerdə ola bilmərik, çünki..."- Röya Ayxan

Əməkdar artist Röya Ayxan işbirliyinə başladığı klipmeyker Nihat Odabaşı ilə bağlı maraqlı paylaşım edib.

"Xəbəraz.az " xəbər verir ki, R.Ayxan əvvəllər N.Odabaşının özünü göylə aparan biri olduğunu düşündüyünü bildirib:

"Həmişə sənin haqqında düşünürdüm. Amma həmişə səndən uzaq durdum. Biz bir yerdə ola bilmərik, çünki o özünü göylə aparır, mən onunla işləyə bilmərəm dedim. Amma belə bir söz var: böyük tikə ye, böyük danışma. Sözlərimi geri götürdüm. Bu gün özümə yaxşı bir dost və yaxşı qardaş tapdım".

Qeyd edək ki, əməkdar artist Röya Ayxan qısa fasilədən sonra yenidən türkiyəli sənətçilərlə işbirliyinə start verib.
Geri dön