Ana Sayfa > Karusel / Hadisə > ABŞ-da gecə klubunda güllələnmə - DƏHŞƏT

ABŞ-da gecə klubunda güllələnmə - DƏHŞƏT


25-07-2016, 13:49. Yazar: Xeberaz
ABŞ-da gecə klubunda güllələnmə - DƏHŞƏT

ABŞ-ın Florida ştatında naməlum adamlar gecə klubunun ziyarətçilərini güllələyib.

"Xəbəraz.az " xəbər verir ki, bu haqda “NBC News” bildirib.

Hadisə Fort-Mayers şəhərində “Blu” gecə klubunda verib. Polis iki nəfərin öldüyünü açıqlayıb. Müxtəlif məlumatlara görə, 13-dən 17-yə qədər insan zərər çəkib.

KİV bildirir ki, klubda yeniyetmələr üçün əyləncə gecəsi keçirilirdi. NBC-2 telekanalının məlumatına görə, atışma klubun yanındakı avtodayanacaqda başlanıb.

Bundan başqa, yerli KİV-in məlumatına görə, atışma şəhərin daha iki rayonunda eşidilib. Bu hadisələrin arasında bağlılığın olub-olmadığı hələlik məlum deyil.

Bir şübhəli saxlanılıb, ikincisi isə gizlənməyi bacarıb. Hazırda polis onu axtarır.
Geri dön