Ana Sayfa > Karusel / Maraqlı > Ən qəribə ölümlər
Ən qəribə ölümlər25-07-2016, 11:58. Yazar: Xeberaz |
Ölüm şübhəsiz ki, hər canlının başına gələcək bir şeydir, amma aşağıdakı bu ölümlər biraz qəribə və fərqlidir... 1. Pəncərə – 1993-cü ildə ofis pəncərəsinin qırılmazlığını yoxlamaq üçün şüşəyə yüklənən Garry Goy, etdiyi testdə müvəffəqiyyətsiz olaraq 10-cu mərtəbədən aşağı düşərək həyatını itirmişdir. 2. İnək – 2013-ci ildə Joao Maria de Souza yatdığı əsnada üstünə inək düşərək həyatını itirmişdir. 3. Mərmi – HMS Triniad döyüş gəmisində əsgər, mərmini düşmən yerinə özünə hədəf alaraq faciəvi şəkildə can vermişdir. 4. Robot – 1979-ci ildə “Robotların ilk cinayəti” deyə xəbərlərə mövzu olan hadisədə təxminən 1 tonluq zavod robotu qolunun Robert Williamsın üstünə düşməsiylə həyatını itirmişdir. 5. Zibil Ev – Çox təəccübləcəyiniz ölümlərdən biridə 1947-ci ildə gerçəkləşmişdir. Homer Collyer heç bir zibili atmaması nəticəsində çıxış qapısını tapa bilməyib ac qalaraq ölmüşdür. 6. Tarakan – 2012-ci ildə təşkil edilən tarakan yemə yarışmasında özünü saxlaya bilməyib tarakanı daha çox yeyən Edward Archbold zəhərlənərək həyatını itirmişdir. 7. Saqqal – Saqqallarını yerə qədər dəydirməyi bacaran Hans Steininger saqqalına ilişib yıxılmış və bu yıxılma nəticəsində 1567-ci ildə vəfat etmişdir. 8. Məzar Daşı – Atasını qəbiristanlıqda ziyarət etməyə gedən MARCUS GARVEY öz adını məzar daşında görüb infarkt keçirərək 1940-ci ildə vəfat etmişdir. 9. Tabut – 2011-ci ildə öldüyü düşünülən Fagilyu Mukhametzyanov cənazə mərasimində tabutda oyandıqdan sonra infarkt keçirərək həyatını itirmişdir. 10. İcadından ölmək – Jimi Hesel İngiltərənin West Yorkshire şəhərində öz icad etdiyi Segway’la səfər edərkən çaya düşmüşdü. Düşmə nəticəsində hadisə yerində həyatını itirmişdir. 11. Eyfel qülləsi – 1911-ci ildə paltarını paraşüt kimi istifadə etmək istəyən Franz Reichelt istədiyi kimi edə bilmədiyi üçün yerə çaxılaraq həyatını itirmişdir. 12. Yemək – 1751-ci ildə təşkil edilən bir yemək ziyafətində Julian Offray de La Mettrie çox yeməsi nəticəsində həyatını itirmişdir. 13. Protez Ayaq – Öz taxta protez ayağıyla döyülən Arthur Aston 1649-ci ildə ölmüşdür. 14. Şorba – Ilda Vitor Maciel’in ölüm hekayəsi digərlərindən bir az fərqlidir. Ilda şorbanı içmək yerinə iynə vasitəsilə bədəninə vurmağı yoxlayarkən həyatını itirmişdir. Geri dön |