Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Məşhur müğənni eyvandan yıxılaraq öldü

Məşhur müğənni eyvandan yıxılaraq öldü


25-07-2016, 10:12. Yazar: Xeberaz
Məşhur müğənni eyvandan yıxılaraq öldü
Türkiyənin arabesk musiqi sənətçisi Hüseyn Altın evinin eyvanından yıxılaraq vəfat edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

O, dərhal çatdırıldığı Gaziosmanpaşa xəstəxanasında bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

1 aprel 1958-ci ildə Ərzurumda doğulan Hüseyn Altın Türkiyədə ilk uşaq sənətçi olaraq tanınıb.

“Neden saçların beyazlanmış arkadaş?”, “Dargınım”, “Hasret akşamları” adlı mahnıları ilə məşhurlaşmış ifaçı “Şerefimle yaşarım”, “Hor görme garibi”, “Aşk sürgünü”, “Gecelerin adamı” və “Kadersizler” kimi filmlərdə rol almışdı.
Geri dön