Ana Sayfa > Karusel / Dünya > Yaponlardan ayağın formasını alan qəribə ayaqqabı — FOTO

Yaponlardan ayağın formasını alan qəribə ayaqqabı — FOTO


24-07-2016, 10:02. Yazar: Xeberaz
Yaponlardan ayağın formasını alan qəribə ayaqqabı — FOTO

Yaponlarda hər sahədə olduğu kimi dəb industriyasında da fantaziya və texnologiyanın sonu yoxdur.

Yapon dizaynerinin təqdim etdiyi bu ayaqqabı deyilənləri tədiqləyir. Dizayner Masaya Himisito bir ayaqqabının ayağa tam "oturması"nın və bütünlüklə formasına uyğunlaşmasının yolunu tapıb.

Mağazada aldığımız ayaqqabılar hətta ayağımızın ölçüsünə uyğun olsa da, müəyyən narahatlıqlara səbəb ola bilir.

Buna diqqət edən dizaynerin yaratdığı bağsız ayaqqabılar tam ayağa sarılır və onun formasına uyğunlaşır.

Artıq çox böyük maraq doğurmuş bu ayaqqabıları Yaponiyada satışa çıxarıblar. Ayaqqabıların qiyməti 140$-dır.

Yaponlardan ayağın formasını alan qəribə ayaqqabı — FOTO
Geri dön