Ana Sayfa > Karusel / Hadisə / M2 > Tovuzda yanan evdə ev sahibinin asılmış meyiti tapıldı

Tovuzda yanan evdə ev sahibinin asılmış meyiti tapıldı


23-07-2016, 20:40. Yazar: Xeberaz
Tovuzda yanan evdə ev sahibinin asılmış meyiti tapıldı
Tovuzda iki evdə yanğın olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisələr rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Yanğınlardan biri şəhər sakini Vidadi Allahverdiyevə məxsus evdə baş verib. Hadisə yerinə gələn 3 yanğınsöndürmə avtomobili və canlı qüvvənin səyi nəticəsində alov söndürülüb.



Qeyd edək ki, evin həyətində ev sahibi 1959-cü il təvəllüdlü Vidadi Allahverdiyevin asılmış meyiti aşkarlanıb.

Yanğın iki mərtəbəli 6 otaqlı evin 80 kvadratmetr sahəsini yararsız hala salıb.

Başqa bir yanğın hadisəsi isə Qovlar şəhərində Xəqani Əsgərovun mənzilində aşkar olunub. Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb edilib. Evin 40 kvadratmetr sahəsi yanaraq sıradan çıxıb.

Qeyd edək ki, X. Əsgərov DYP-nin Tovuz rayonunda yerləşən 10 saylı Rayonlararası Qeydiyyat və İmtahan Şöbəsinin rəisidir.

Yanğının baş vermə səbəbləri araşdırılır.
Geri dön