Ana Sayfa > Karusel / Hadisə / M2 > Şirkətdən oğurluq edən iranlılar tutuldu - Bakıda

Şirkətdən oğurluq edən iranlılar tutuldu - Bakıda


23-07-2016, 16:41. Yazar: Xeberaz
Şirkətdən oğurluq edən iranlılar tutuldu - Bakıda
Bakının Nəsimi rayonunda oğurluq edən iranlı qardaşlar həbs edilib.

"Xəbəraz.az " xəbər verir ki, iyulun 21-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərinin birindən 1800 manat pul oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində cinayəti törədən şəxslər müəyyən edilib. Bunlar İran vətəndaşları Mostafa Oadsahah Jalalinejad, Minoo Gholamrasoul Ahmadi və qardaşı Fahmehdir.

Hər iki qardaş həbs edilib.
Geri dön