Ana Sayfa > Karusel / Gündəm / M2 > Sabah Bakıda yağış, külək, 33 dərəcə isti
Sabah Bakıda yağış, külək, 33 dərəcə isti23-07-2016, 12:36. Yazar: Xeberaz |
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 22-24, gündüz 26-30, Bakıda gecə 22-24, gündüz 27-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 12-16, gündüz 17-22 dərəcə isti olacaq. Geri dön |