Ana Sayfa > Karusel / Dünya / M2 > Erməni hərbçisi Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb — Azərbaycan MN

Erməni hərbçisi Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb — Azərbaycan MN


23-07-2016, 12:20. Yazar: Xeberaz
Erməni hərbçisi Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb — Azərbaycan MN
Erməni hərbi qulluqçu Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Ermənistan KİV-in iyulun 23-nə keçən gecə, saat 00:10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.

Nazirlik bir daha bildirir ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

M.Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur.
Geri dön