Ana Sayfa > Karusel / Gündəm > Münhenli terrorçu özünü öldürdü

Münhenli terrorçu özünü öldürdü


23-07-2016, 10:16. Yazar: Xeberaz
Münhenli terrorçu özünü öldürdü

İyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində naməlum silahlılar atəş açaraq 10 nəfəri öldürüb, 21 nəfəri yaralayıb.

Şəhərdə fövqəladə vəziyyət elan edilib. Polis hadisə yerindən qaçan silahlıların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Son məlumata görə, insanlara atəş açan şəxs cinayəti tək törədib. 18 yaşlı Münhen sakini, İran əsilli Almaniya vətəndaşı olan qatil hadisəni törətdikdən sonra intihar edib.
Geri dön