Ana Sayfa > Karusel / Araşdırma > Gənclərin iş tapa bilməməsinin - 7 səbəbi

Gənclərin iş tapa bilməməsinin - 7 səbəbi


22-07-2016, 15:20. Yazar: Xeberaz
Gənclərin iş tapa bilməməsinin - 7 səbəbi

Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İsmayıllı, Oğuz, Zaqatala və Qax şəhərində gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi” layihəsinin icrasını davam etdirir.

Təşkilatın sədri Niyaməddin Orduxanlı bildirib ki, iyul ayının 21-də Oğuz rayonunda gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi ilə bağlı tədbir keçirilib:

“Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınını rəsmi nümayəndəsi Ramin Cəfərov da rayona ezam olunmuşdu. Layihə əsasən, 4 rayonda, hər rayonda da 100 gənclə sorğu aparırıq. Xeyli sayda gəncərin yeni iş yerlərinə dövlət tərəfindən cəlb olunduğu faktlarının şahidi oluruq. Bununla yanaşı, gənclərin işsizlik probleminin yaranma səbəblərini ümumiləşdirib, aşağıdakı qənaətə gəlmək olur: Gənclərin ixtisas bilikləri, digər bilik və bacarıqlarının əmək bazarı tələblərinə uyğun olmaması, informasiya çıxışlarının zəif olması, işsizlərin seçimi və karyera məsələsinə münasibəti, gender problemləri, mental faktorlar və təhsil səviyyəsinin aşağı olması”.
Geri dön