Ana Sayfa > Karusel / Hadisə > Olimpiadada terrora hazırlaşan cinayətkar dəstə həbs olundu

Olimpiadada terrora hazırlaşan cinayətkar dəstə həbs olundu


22-07-2016, 11:10. Yazar: Xeberaz
Olimpiadada terrora hazırlaşan cinayətkar dəstə həbs olundu

Braziliya polisi Olimpiada ərəfəsində sayıqlığı itirmir.

"Xəbəraz.az " xəbər verir ki, təhlükəsizlik tədbirlərini gücləndirən asayiş keşikçiləri olimpiada vaxtı terror törətməyi planlaşdıran 10 nəfərlik cinayətkar dəstənin izinə düşüb. Həbs olunanların hamısı yerli vətəndaşlardır.

Cinayətkarların İŞİD-lə əlaqədə olduğu da deyilir.

Braziliyanın Ədliyyə naziri Aleşandro Di Moraes 10 cinayətkarın həbs olunduğunu təsdiqləyib. Əməliyyat ölkənin 9 bölgəsində aparılıb. Bu üzdən Braziliya prezidenti Mişel Temer fövqəladə iclas çağırıb.

Geri dön