Ana Sayfa > Karusel / Gündəm > ABŞ-dan Gülən üçün daha bir ŞƏRT

ABŞ-dan Gülən üçün daha bir ŞƏRT


22-07-2016, 11:07. Yazar: Xeberaz
ABŞ-dan Gülən üçün daha bir ŞƏRT

ABŞ Fəthullah Gülənin ekstradisiyası məqsədilə edilən rəsmi müraciətin qəbul edilməsi üçün əsaslı dəlillərə istinad edəcək.

"Xəbəraz.az " Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi paytaxt Vaşinqtonda təşkil etdiyi mətbuat konfransında deyib.

Con Kirbi bildirib ki, Vaşinqton ekstradisiya tələbi iddialara deyil, dəlillərə söykənməlidir. Gülənin qaytarılması ilə əlaqədar Türkiyənin göndərdiyi sənədlərin araşdırıldığını qeyd edən Dövlət Departamentinin sözçüsü Türkiyəyə birgə qrupun yaradılması barədə təklif verib.

Qeyd edək ki, Türkiyə iyulun 15-də hərbi çevriliş cəhdinin Fəthullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu (FETÖ/PDY) tərəfindən edildiyini açıqlayıb. Ankara bununla əlaqədar ABŞ-da yaşayan Fəthullah Gülənin Türkiyəyə verilməsini tələb edib. Vaşinqton isə Fəthullah Gülənin hərbi çevriliş cəhdində iştirakını sübut edən dəlilləri istəyib.Türkiyə iyunun 19-da Fəthullah Gülənin hərbi çevrilişdə iştirakını göstərən sənədləri ABŞ-a göndərib.
Geri dön