Ana Sayfa > Karusel / Hadisə > Xaçmazda dəhşətli QƏTL: "Qayınata gəlinini yaba ilə öldürdü"

Xaçmazda dəhşətli QƏTL: "Qayınata gəlinini yaba ilə öldürdü"


22-07-2016, 10:55. Yazar: Xeberaz
Xaçmazda dəhşətli QƏTL: "Qayınata gəlinini yaba ilə öldürdü"

Xaçmazda dəhşətli qətl törədilib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Geri dön