Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda avtobus qəzası: Ölənlər var

Bakıda avtobus qəzası: Ölənlər var


21-07-2016, 17:29. Yazar: Xeberaz

Hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılıb.

Bu gün günorta saatlarında Bakıda, Qala yolunda mikroavtobus “Jiquli” markalı avtobusla toqquşub.

"Xəbəraz.az " xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılıb.

Qəza nəticəsində xəsarət alan 6 nəfər briqada tərəfindən Bakı Şəhər 3 saylı Klinik Xəstəxanaya gətirilib. Onlardan biri elə xəstəxanaya gətirilən kimi, biri isə əməliyyata başlayan zaman dünyasını dəyişib. Qalan 4 şəxs isə hazırda xəstəxanada müalicə olunurlar, vəziyyətləri orta ağırdır.

Bakıda avtobus qəzası: Ölənlər var
Geri dön