Ana Sayfa > Karusel / Dünya / M2 > Yunanıstana qaçan hərbçilər məhkəmə qarşısında

Yunanıstana qaçan hərbçilər məhkəmə qarşısında


21-07-2016, 17:23. Yazar: Xeberaz

Yunanıstana qaçan hərbçilər məhkəmə qarşısında

Hərbi çevrilişə cəhdin ardından Yunanıstana qaçan 8 hərbçinin məhkəmə prosesi başlayıb.

Yunanıstanın Dədəağac məhkəməsində hərbçilər qanunsuz uçuş və ölkəyə qanunsuz yolla daxil olma maddələri ilə mühakmə olunurlar.

Hərbçilər məhkəməyə gətirilərkən vətəndaşların sərt etirazı ilə qarşılaşıblar. Bir Yunanıstan vətəndaşı “Hamınız qiyamçısınız. Qatilsiniz”, - deyərək reaksiya verib.

İstanbul Hüquqçular Dərnəyinin üzvü Ramazan Arıtürk açıqlamasında qiyamçılarla bağlı əlavə dəlillərin məhkəməyə təqdim olunacağını deyib. Onun sözlərinə görə, Yunanıstana qaçan hərbçilər Prezident Rəcəb Tayyib Ərdoğanın Mərmərədə qaldığı otelə hücum edən komandanın tərkibində olub.
Geri dön