Ana Sayfa > Karusel / İdman > Messi ilə şəkil çəkdirmək üçün 1 kilometr üzdü

Messi ilə şəkil çəkdirmək üçün 1 kilometr üzdü


21-07-2016, 00:10. Yazar: Xeberaz
Messi ilə şəkil çəkdirmək üçün 1 kilometr üzdü

Yay istirahətini İbizada keçirən ulduz futbolçu Lionel Messi yaxtasında sürpriz qonaqla qarşılaşıb.

İspaniyalı futbol azarkeşi Suli adlı gənc Messi ilə şəkil çəkdirmək üçün 1kilometr dənizdə üzüb.

Messinin yaxtasının yerləşdiyi ərazini GPS vasitəsilə tapan Sulini ulduz futbolçu göyərtədə qarşılayıb. Telefonunu dənizdə itirdiyinə görə, Messi köməkçisinin telefonu ilə Suli ilə şəkil çəkdirib.

“Mundo” nəşrinə müsahibə verən Suli bildirib ki, Messi çox qonaqpərvərdir: “O, çox qonaqpərvər və nəzakətli insandır. Telefonumu itirdim. Amma, Messi ilə şəkilim var”.

Geri dön