Ana Sayfa > Karusel / Şou-Biznes > Burak və Fahriyə nə vaxt evlənəcəyini açıqladı

Burak və Fahriyə nə vaxt evlənəcəyini açıqladı


20-07-2016, 23:25. Yazar: Xeberaz
Burak və Fahriyə nə vaxt evlənəcəyini açıqladı

3 ildir birlikdə olan aktyorlar Burak Özçivit və Fahriye Evcen cütlüyünün toy tarixi bəlli oldu.

"Xəbəraz.az "-ın Türkiyə KİV-inə istinadən xəbərinə görə, xarici ölkəyə getdikləri səfər zamanı Burak Fahriyəyə evlilik təklifi edib və "hə" cavabı alıb.

Razılıq aldıqdan sonra Özçivit sevgilisinin ailəsinin evinə gedərək, onların əlini öpüb.

Cütlüyün Romada gizli evləndiyi iddia edilmişdi. Amma daha sonra bu xəbərin yalan olduğu ortaya çıxdı.

Evlənmək üçün tələsməyən Burak və Fahriye 2017-ci ildə nikah masasına oturacağını deyib.

Geri dön