Ana Sayfa > Karusel / Hadisə > Dənizdə faciə: 3 nəfər batdı, 2 meyit tapıldı - YENİLƏNİB

Dənizdə faciə: 3 nəfər batdı, 2 meyit tapıldı - YENİLƏNİB


20-07-2016, 22:08. Yazar: Xeberaz
Dənizdə faciə: 3 nəfər batdı, 2 meyit tapıldı - YENİLƏNİB

Xəzər dənizində batan 3 nəfərdən birinin də cəsədi tapılıb.

"Xəbəraz.az "-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda küləkli havada dənizdə çimərkən naməlum səbəbdən batmış təxminən 25-26 yaşında olan digər naməlum qadının cəsədi Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam etdirilir əlavə məlumat veriləcək.



18:34

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 50 metr dənizin içərisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) 3 nəfərin batması barədə məlumat daxil olub. "Xəbəraz.az "-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 25-26 yaşında olan naməlum qadın cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər batanların axtarışları davam etdirilir.
Geri dön