Ana Sayfa > Karusel / Hadisə > Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub


20-07-2016, 01:43. Yazar: Xeberaz
Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Bakıda bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə (məntəqə ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Geri dön