Ana Sayfa > Karusel / Qoroskop > Bu gün bürcünüz nələr vəd edir?

Bu gün bürcünüz nələr vəd edir?


20-07-2016, 01:19. Yazar: Xeberaz
Bu gün bürcünüz nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:

Qoç - İnadkarlar öz problemlərini həll edərək məqsədlərinə çatacaqlar, asan qələbə arzusunda olanlar isə havayı yerə ümid etməsinlər. Praktiki məsələlərin həlli üçün münasib gündür, eksperimentlərdən çəkinmək, cari işlərlə məşğul olmaq daha məsləhətlidir. Həm şəxsi, həm işgüzar məsələlərdə köhnə dostlarınıza etibar edin.

Buğa - alış-veriş etmək, əyləncəyə və yalnız əhvalı yüksəltmək üçün nəzərdə tutulan əşyalara pul xərcləmək olar. Həm flirt, həm də ciddi eşq macərası boş bir şeydən başlaya bilər, münasibətlərin inkişafı isə ildırım sürətli olacaq.

Əkizlər - özləri üçün iş və əyləncə tapmaqda çətinlik çəkməyən Əkizlər üçün uğurlu gün olacaq. Digərləri isə uğursuz günlərin ardından nəhayət ki, dincələ, qüvvələrini bərpa edə bilərlər. Amma ciddi nəticələr gözləməsinlər.

Xərçəng - adi, maraqsız gündür. Vacib heç nə baş vermir, elə siz də işlərdən, macəralardan çəkinirsiniz, daha çox tənbəlliyə meyllisiniz. Bu, özlüyündə pis deyil, amma nəzərə alın ki, rəqibləriniz bu vəziyyətdən öz xeyirlərinə istifadə edə bilərlər.

Şir - maliyyə vəziyyətiniz yaxşıdır. Gözləmədyiniz yerdən pul ala bilərsiniz. Bəxti gətirən Şirlər ev problemini həll edə, yaxud hansısa bahalı əmlak sahibi ola bilərlər. Mağazaları gəzə bilərsiniz. Evinizin yaxınlığında deyil, bir qədər uzaq rayonlarda edəcəyiniz alış-veriş daha uğurlu olacaq.

Qız - işləmək istəmirsiniz, bu səbəbdən işləriniz də axsayır, heç bir nəticə də əldə etmirsiniz. Yalnız bir qrup Qızlar təşəbbüskarlıq edərək bütün planlarını gerçsəkləşdirə biləcəklər. Hətta bədxahları da onların işlərinə pəl vura bilməyəcəklər

Tərəzi - müsbət emosiyalar çoxluq təşkil edəcək, əhvalınız əla olacaq, bir dəqiqə də olsun, mənəvi rahatlığınızı itirməyəcəksiniz. Bu gün çox cazibədarsınız, bu səbəbdən yeni tanışlarınızın sayı artacaq.

Əqrəb - müsbət tendensiyaların güclü təsiri nəticəsində gün hərtərəfli uğurlu və qeyri-adi olacaq. Maraqlı ideyalarınız var, üstəlik, sizə kömək edəcək insanları da tez tapırsınız. Müştərək və təşkilati işlərin həlli üçün münasib gündür. Rəhbər Əqrəblər yeni, əla işçilər tapacaqlar.

Oxatan - pul ala bilərsiniz, ümumiyyətlə, maliyyə vəziyyətinz pis deyil. Vacib ailə tədbirləri, qohumlarla ünsiyyət, ziyafətlərin təşkili üçün yaxşı gündür. Ekstravaqant geyimlər, qeyri-adi zinət əşyaları, bijuteriya almaq olar.

Oğlaq - yeni bir işə başlaya bilmir, köhnəsini davam etdirmək istəmirsiniz. Bu səbəbdən də əhvalınız korlanır. Üstəlik, bu gün xoşunuza gəlməyən insanlarla işləməli olursunuz. Bu da mənəvi tarazlığınızı qoruyub saxlamağınıza mane olur.

Dolça - işdə xırda anlaşılmazlıqlar, problemlər, iş yoldaşlarınızla münaqişələr mümkündür. Evdə vəziyyət daha yaxşıdır, amma siz bunu qəbul etmək istəmir, qaşınmayan yerdən qan çıxarmağa çalışırsınız. Bir çox Dolçalar düşünlməmiş hərəkətlər etməyə, tələsik qərarlar verməyə meyllidirlər. Bir neçə gün sonra isə bunların peşmanlığını çəkəcəklər.

Balıqlar - həm irimiqyaslı planlar fikirləşmək, həm də onları həyata keçirmək olar. İdeyalarınız pis deyil, onlardan ən yaxşısını seçin. Çünki hamısına vaxtınız çatmayacaq. Enerjiniz çoxdur, gün ərzində bir dəqiqə də olsun boş vaxt tapmasanız da, yorğunluq hiss etməyəcəksiniz.
Geri dön