Ana Sayfa > Karusel / Hadisə > Cəlilabadda şok olay : 35 yaşlı şəxs 13 yaşlı uşağı bıçaqlayıb

Cəlilabadda şok olay : 35 yaşlı şəxs 13 yaşlı uşağı bıçaqlayıb


20-07-2016, 01:09. Yazar: Xeberaz
Cəlilabadda şok olay : 35 yaşlı şəxs 13 yaşlı uşağı bıçaqlayıb

Cəlilabadda 13 yaşlı uşaq 35 yaşlı şəxs tərəfindən bıçaqlanıb

"Xəbəraz.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.

Zərərçəkənin yaxınlarının sözlərinə görə, həmin kəndin sakini, 35 yaşlı İlqar Əliyev 13 yaşlı Əli Məhərrəmovun yaşadığı evdən çölə çağıraraq qollarını tutub. Daha sonra öz azyaşlı övladına bıçaq verərək Ə.Məhərrəmova zərbə endirməyi tapşırıb. Lakin övladı bunu etmədikdə özü bıçağı götürərək Ə.Məhərrəmovun qarın nahiyyəsinə zərbə endirib.

İ.Əliyev bıçaqladığı azyşalının qardaşı Qismət Məhərrəmova xəsarət yetirmək istəsə də o, həyətə qaçdığından bun nail olmayıb.

Məlumata görə hadisə azyaşlı uşaqlar asasında baş verən dava üstünda baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.
Geri dön