Ana Sayfa > Karusel / Hadisə / M2 > Zaqatalada bədbəxt hadisə - azyaşlı öldü
Zaqatalada bədbəxt hadisə - azyaşlı öldü18-07-2016, 00:39. Yazar: Xeberaz |
Zaqatalada dağlıq ərazidə oynayan iki azyaşlı uşaq dərəyə yıxılıb. Onlardan biri ölüb, digəri isə ağır xəsarət alıb. Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, hadisə iyulun 17-i günorta saatlarında kəndin yuxarı hissəsində, dağlıq ərazidə baş verib. Yuxarı Çardaqlar kənd sakinləri olan 2010-cu il təvəllüdlü Mələk Məmməd qızı Yəhyəyeva və 2011-ci il təvəllüdlü Rəcəb Məhəmməd oğlu Qurbanov ehtiyatsızlıqdan 6-7 metr dərinliyindəki dərəyə yıxılıblar. Uşaqlar kənd sakinlərinin köməkliyi ilə dərədən çıxarılıblar. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 6 yaşlı Mələk Yəhyəyeva və 5 yaşlı Rəcəb Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcilli Tibbi Yardım şöbəsinin ambulator maşını ilə xəstəxanaya aparılarkən Rəcəb Qurbanov aldığı ağır bədən xəsarətlərindən yolda ölüb. Zaqatala RMX-dan verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mələk Yəhyəyevaya ağır kəllə beyn travması dioqnozu qoyulub, vəziyyəti ağır kimi qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. Geri dön |