Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ qarışır: 4 nəfər girov götürüldü

ABŞ qarışır: 4 nəfər girov götürüldü


18-07-2016, 00:02. Yazar: Xeberaz
ABŞ qarışır: 4 nəfər girov götürüldü

ABŞ-da naməlum silahlı restoranda 4 nəfəri girov götürüb.

"Xəbəraz.az " xəbər verir ki, hadisə Baltimor şəhərində baş verib.

Girovların arasında bir uşağın olduğu bildirilir. Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub.

Hazırda cinayətkarla danışıqlar aparılır.

Qeyd edək ki, bu gün ABŞ-ın Luiziana ştatının Baton Ruj şəhərində polislər silahlı hücuma məruz qalıb. Qara dərili bir şəxsin açdığı atəş nəticəsində 8 polis vurulub. Polislərdən ikisi yerindəcə ölüb. Daha 2 polisin isə vəziyyəti ağırdır.
Geri dön