Ana Sayfa > Karusel / Hadisə / Şou-Biznes > Beyons Türkiyədə şəhid olanlar üçün oxudu - FOTOLAR

Beyons Türkiyədə şəhid olanlar üçün oxudu - FOTOLAR


17-07-2016, 15:07. Yazar: Xeberaz
 Beyons Türkiyədə şəhid olanlar üçün oxudu - FOTOLAR

Ötən gün dünyaca məşhur ulduz Beyons "Formation World Tour" adlı qastrol səfəri çərçivəsində Hollandiyanın paytaxtı Amsterdamda konsert verib.

"Xəbəraz.az "Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı müğənni konsertdə "Hola" adlı mahnısını Türkiyə üçün söyləyib. O, bildirib ki, sözügedən mahnını Türkiyədə həyatını itirənlərə həsr edir.

Konsertə tamaşaçı olaraq qatılan “Qalatasaray”ın hollandiyalı futbolçusu Uesley Snejderin həyat yoldaşı Yolans Kabau “İnstagram” hesabında Beyonsun videosunu paylaşıb və "Bu, gecənin ən gözəl anlarından biri idi. Türkiyədə itirilən həyatlara həsr olunmuş bir mahnı ifa edildi”, - deyə yazıb.

Qeyd edək ki, Beyons son olaraq polis tərəfindən vurularaq öldürülən iki afroamerikalı üçün pərəstişkarlarını aksiyaya çağırmasıyla gündəmə gəlmişdi. Amerikalı müğənni pərəstişkarlarına qəzəblərini və xəyal qırıqlıqlarını hərəkata çevirmələrini məsləhət görmüş, rəsmi internet saytından və “Instagram” hesabından da mövzuyla əlaqədar fikirlərini bölüşmüşdü.

Ancaq bu mesajdan saatlar sonra Dallasdakı bir etiraz nümayişində yaşanan silahlı hücum nəticəsində həyatını itirən 5 polis məmurunun ölümündən müğənnini məsul tutanlar da olmuşdu. Məşhur müğənni aldığı dəstək qədər tənqidlərə də məruz qalmışdı.

 Beyons Türkiyədə şəhid olanlar üçün oxudu - FOTOLAR
Geri dön