Ana Sayfa > Karusel / Gündəm > Binəli Yıldırım: Vətəndaşlar meydanları boşaltmasın

Binəli Yıldırım: Vətəndaşlar meydanları boşaltmasın


16-07-2016, 11:46. Yazar: Xeberaz
Binəli Yıldırım: Vətəndaşlar meydanları boşaltmasın

Türkiyənin baş naziri Binəli Yıldırım, uğursuz çevriliş cəhdi ilə bağlı həbslərin davam etdiyini bildirib

"Xəbəraz.az "-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, baş nazir vətəndaşlara müraciət edərək meydanları boşaltmamalarını istəyi.

Türkiyənin baş naziri Binəli Yıldırım, uğursuz çevriliş cəhdi ilə bağlı həbslərin davam etdiyini bildirib. Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, baş nazir vətəndaşlara müraciət edərək meydanları boşaltmamalarını istəyib.

Baş nazir bu çağırışla əlaqəli "Twitter" səhifəsində 38 saniyəlik bir video paylaşıb.

Video görüntüdə baş nazir bunları deyir: "Həbslər davam edir. Vatandaşlarımızdan xahişim budur ki, bu hadisələr tamamilə sona çatanacan meydanları boşaltmasınlar. Əsasən də İstanbuldakı və Ankaradakı vətəndaşların meydanlara toplanmasını istərdik. Çalışmalarımız planlı şəkildə davam edir. İnşallah bu caniləri, bu terror təşkilatının üzvlərini zərərsizləşdirəcəyik"
Geri dön