Ana Sayfa > Karusel / Şou-Biznes > Məşhur serialın aktyoru: “Terror qorxusundan çölə çıxa bilmirik”

Məşhur serialın aktyoru: “Terror qorxusundan çölə çıxa bilmirik”


15-07-2016, 23:30. Yazar: Xeberaz
Məşhur serialın aktyoru: “Terror qorxusundan çölə çıxa bilmirik”

Ötən gecə Fransanın Nitsa şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 84-ə çatıb.

"Xəbəraz.az "Türkiyə mətbuatına istinadən xəbər veirir ki, "Kiralık aşk" serialının aktyoru Onur Büyüktopçu​ da dünən həmin şəhərdə olub. O, hadisədən sonra menecerinə zəng edərək: "İnsanları öldürürlər, haraya gedək - bilmirik", - deyib, daha sonra isə əlaqə kəsilib və bir daha onun telefonuna zəng çatmayıb.

Bu gün meneceri nəhayət ki, aktyorla əlaqə saxlaya bilib. Kirayələdikləri evə sığınan Onur və sevgilisi çölə çıxa bilmədiklərini deyib.
Geri dön