Ana Sayfa > Karusel / Hadisə > Ucarda qız qaçırıldı, anası vuruldu

Ucarda qız qaçırıldı, anası vuruldu


15-07-2016, 22:40. Yazar: Xeberaz
Ucarda qız qaçırıldı, anası vuruldu

Ucar rayonunda 27 yaşlı qız həmyerlisi tərəfindən qaçırılıb

"Xəbəraz.az " "Report"a istinadən bildirir ki, hadisə rayonun H.Aslanov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Rüfət Ağarza oğlu Rzayev həmyerlisi, 1989-cu il təvəllüdlü Sevinc Xalif qızı Şükürovanı qaçırıb. R.Rzayev qızının qaçırılmasına müdaxilə edən anası Sevil Şükürova və əmisi arvadı Səlimə Şükürovaya xəsarət yetirib. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktlıa bağlı Ucar Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanıb
Geri dön